Avropa Liqasında pley-off mərhələsinin püşkatması avqustun 5-də keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi bu raunda iştirak edəcək. Beş komanda isə mübarizəyə birbaşa başlayacaq.
“Qarabağ”ın “Lüdoqorets”lə duelinin uğursuzunun da mümkün rəqibləri püşkatmada bilinəcək. Təmsilçimizin cütü səpələnmişlər sırasında olacaq.
Avropa Liqası
Pley-off
Səpələnmişlər
"Panatinaikos" - "Ayaks" cütünün qalibi
"Braqa" - “Servett” cütünün qalibi
LASK
"Panevejis" – "Makkabi" T-Ə cütünün qalibi
"Molde" - "Serkl Brügge" cütünün qalibi
“Krivbass” - “Viktoriya” Pl cütünün qalibi
"Qarabağ" - "Lüdoqorets" cütünün məğlubu
"Midtulland" - "Ferentsvaroş" cütünün məğlubu
"Partizan" - "Luqano" cütünün qalibi
"Malmö" - PAOK cütünün məğlubu
"Slovan" - APOEL cütünün məğlubu
“Anderlext”
Səpələnməmişlər
"Trabzonspor" - "Rapid" V cütünün qalibi
"Riyeka" - "Elfsborq" cütünün qalibi
“Beşiktaş”
"Sparta" - "Styaua" cütünün məğlubu
"Klaksvik" - "Borats" cütünün qalibi
"Selye" – "Şemrok Rovers" cütünün qalibi
"Dinamo" Mn - "Linkoln" cütünün qalibi
"Petrokub" – TNS cütünün qalibi
"Santa Koloma" – RFŞ cütünün qalibi
“Harts”
“Baçka Tobola”
"Yagellonya" - "Bodo Qlimt" cütünün məğlubu
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.
İdman.biz