Arif Əsədov milli komandadan ayrılıb

Xəbərlər
2 Avqust 2024 17:45
539
Arif Əsədov milli komandadan ayrılıb

Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Əsədov Fernandu Santuşun baş məşqçi postuna təyinatına qədər yığmaya rəhbərlik edib. O, komandanı martda və iyunda keçirilən dörd matça çıxarıb.

İdman.biz