Kurban Berdiyev: "Mübarizədən razı qaldım"

Xəbərlər
3 Avqust 2024 21:19
331
Kurban Berdiyev: "Mübarizədən razı qaldım"

“Çətin oyun olacağını bilirdik".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə 0:0 yekunlaşan oyunu şərh edib: “Rəqib çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan və üzərində işləməli olduğumuz cəhətlərimizi açdı. Ümümi olaraq futbolçuların çalışqanlığından və oyun boyu hər epizodda apardıqları mübarizədən razı qaldım. Yaxşı atmosfer var idi. Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu bizim üçün vacibdir”.

Qeyd edək ki, Tovuz klubu növbəti turda öz meydanında "Sumqayıt"la qarşılaşacaq.

İdman.biz