Samir Abasov: "Psixoloji durumumuz yaxşı deyildi"

Xəbərlər
4 Avqust 2024 00:07
180
Samir Abasov: "Psixoloji durumumuz yaxşı deyildi"

"Ağır vəziyyətdə oyuna çıxmışdıq".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunda "Kəpəz" üzərində qazanılan qələbəni şərh edib: "Psixoloji durumumuz yaxşı deyildi. Konfrans Liqasındakı məğlubiyyətin məyusluğunu ata bilməmişdik. Futbolçularım həddindən artıq güc qoydular, enerji itirdilər və qələbə qazandılar. Onlara təşəkkür edirəm. Nəsə başqa nəticə olsaydı da, nəsə deyə bilməyəcəkdim. Uşaqlar gözəl futbol oynadılar".

Abasov hava şəraitinin oyuna təsir etdiyini bildirib: "Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik".

Qeyd edək ki, "Sumqayıt" mövsümün ilk turunda 2:0 hesabı ilə qələbə qazanıb.

İdman.biz