Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın “Lüdoqorets”lə duelində məğlub olacaq komandanın mümkün rəqibi də bəlli olub.
Çempionlar Liqasındakı bu cütün uğursuzu Avropa Liqasında "Petrokub" – TNS cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Lüdoqorets” görüşlərinin yekununda uduzan komanda pley-offun ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.
***
09:29
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatması keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komanda rəqiblərini tanıyacaq. “Qarabağ”ın “Lüdoqorets”lə duelinin uğursuzunun da mümkün rəqibi bəlli olacaq.
Avropa Liqası
Pley-off
Səpələnmişlər
"Panatinaikos" - "Ayaks" cütünün qalibi
"Braqa" - “Servett” cütünün qalibi
LASK
"Panevejis" – "Makkabi" T-Ə cütünün qalibi
"Molde" - "Serkl Brügge" cütünün qalibi
“Krivbass” - “Viktoriya” Pl cütünün qalibi
"Qarabağ" - "Lüdoqorets" cütünün məğlubu
"Midtulland" - "Ferentsvaroş" cütünün məğlubu
"Partizan" - "Luqano" cütünün qalibi
"Malmö" - PAOK cütünün məğlubu
"Slovan" - APOEL cütünün məğlubu
“Anderlext”
Səpələnməmişlər
"Trabzonspor" - "Rapid" V cütünün qalibi
"Riyeka" - "Elfsborq" cütünün qalibi
“Beşiktaş”
"Sparta" - "Styaua" cütünün məğlubu
"Klaksvik" - "Borats" cütünün qalibi
"Selye" – "Şemrok Rovers" cütünün qalibi
"Dinamo" Mn - "Linkoln" cütünün qalibi
"Petrokub" – TNS cütünün qalibi
"Santa Koloma" – RFŞ cütünün qalibi
“Harts”
“Baçka Tobola”
"Yagellonya" - "Bodo Qlimt" cütünün məğlubu
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.
İdman.biz