Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.
Ağdam klubu Bolqarıstan çempionu “Lüdoqorets”lə görüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər 3 qol fasilədən sonra vurulub. "Lüdoqorets" qələbə topunu 87-ci dəqiqədə vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də baş tutacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
6 avqust
20:00. “Qarabağ” – “Lüdoqorets” - 1:2
Qollar: Juninyo Olavio, 64 - Deroy Duarte, 56. Kayo Vidal, 87
Qırmızı vərəqə: Kayo Vidal, 88
Baş hakim: Urs Şnider (İsveçrə)
"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Lüdoqorets": 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah
Baş məşqçi: Qeorqi Dermendjiev
Tofiq Bəhramov adına Respublika stadionu
İdman.biz