Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu rəsmiləşib.
İdman.biz xəbər verir ki, o, karyerasını Almaniyanın "Nürnberq" klubunda davam etdirəcək.
Emreli yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Razılaşma mövsümün sonunda artırıla da bilər.
Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu Zaqreb "Dinamo"su olub.
İdman.biz