“Şüurlu şəkildə Almaniyaya köçməyə qərar verdim”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.
27 yaşlı forvard “Nürnberq”ə keçidini şərh edib. O, Almaniya təmsilçisinin saytına bildirib ki, zədəsinin sağalmasını səbirsizliklə gözləyir: “Son bir neçə gündə ərazi ilə tanış oldum və bu məndə yaxşı təəssüratlar yaratdı. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəm. Klubda sağlamlığımı bərpa etmək üçün əla şərait var. “Nürnberq”də meydana çıxacağım vaxtı səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Mahirin son klubu son klubu Zaqreb "Dinamo"su olub. O, “Nürnberq”lə 1 illik müqavilə imzalayıb.
İdman.biz