“Nürnberq”in idman direktoru: “Emreli ilə müqavilə imzaladığımız üçün qürurluyuq”

Xəbərlər
6 Avqust 2024 17:51
491
“Nürnberq”in idman direktoru: “Emreli ilə müqavilə imzaladığımız üçün qürurluyuq”

“Biz onun keyfiyyətlərinə bələd olduğumuz üçün bu transferi etdik”.

İdman.biz xəbər verir ki, bunu “Nürnberq”in idman direktoru Coti Hazialeksiu deyib.

Funksioner Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniya klubuna transfer olunmasından məmnunluğunu ifadə edib: “O, beynəlxalq təcrübəyə malik futbolçudur. Mahir nəyi necə edəcəyini bildiyini hər zaman göstərib. “Nürnberq” olaraq bu səviyyədə futbolçu ilə müqavilə imzaladığımız üçün qürurluyuq. Mahiri qarşılamağı və zədəsinin sağalma prosesi zamanı ona maksimum dəstək verməyi səbirsizliklə gözləyirik”.

Klubun digər idman direktoru Olaf Rebe isə Mahirin əla komponentlərə sahib olduğunu bildirib: “Özündə bir hücumçuya lazım olan bir çox komponentləri cəmləyib. O, texniki cəhətdən fərasətlidir və güclü zərbə bacarıqlarına malikdir. İndi vəzifəmiz onu mümkün qədər tez komandaya və oyunumuza inteqrasiya etməkdir”.

Qeyd edək ki, 27 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

İdman.biz