"Barselona" Olmonun transferini razılaşdırıb

Xəbərlər
6 Avqust 2024 18:29
490
"Barselona" Olmonun transferini razılaşdırıb

"Barselona" Dani Olmonun transferi ilə bağlı "Leypsiq"lə şifahi razılıq əldə edib.

İdman.biz xəbər verir ki, bu barədə kluba yaxın mənbələrdən məlumat yayılıb.

Transferin qiymətinin 55 milyon avro olduğu bildirilir. Razılıq əldə olunarsa, Kataloniya klubu 7 milyon avro bonus şəklində ödəniş edəcək. Olmo ilə müqavilənin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Dani Olmo İspaniya yığmasının heyətində Avropa çempionu olub. Onun "Leypsiq"lə 2027-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz