AFFA rəsmisi Avropa Liqası oyununda

Xəbərlər
6 Avqust 2024 18:52
506
AFFA rəsmisi Avropa Liqası oyununda

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

İdman.biz xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsinin oyununda UEFA nümayəndəsi olacaq.

Cəfərov “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) görüşünə təyin olunub. Görüş avqustun 15-də Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.

İdman.biz