Çempionlar Liqasının hakimləri oğurluğa görə oyundan kənarlaşdırılıb

Xəbərlər
6 Avqust 2024 19:45
805
Çempionlar Liqasının hakimləri oğurluğa görə oyundan kənarlaşdırılıb

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev) - "Reyncers" oyununun VAR hakimlərinin təyinatı ləğv olunub.

İdman.biz xəbər ki, polşalı hakimlər Bartoş Frankovski və Tomaş Musyal oğurluqda ittiham olunub.

Onlar sərxoş halda yol hərəkəti nişanını oğurlayıblar. Bu barədə məlumat alan polis hakimləri hadisə yerində yaxalayıb.

Qeyd edək ki, Polşa Futbol İttifaqı məsələ ilə bağlı araşdırma aparacağını bildirib. Hakimlərin günahı sübut olunarsa, onlar vəzifəsindən uzaqlaşdırılacaq.

İdman.biz