"Lüdoqorets”in baş məşqçisi: "Cavab oyununda nə baş verəcəyini daha ətraflı görəcəksiniz"

Xəbərlər
6 Avqust 2024 22:33
590
"Lüdoqorets”in baş məşqçisi: "Cavab oyununda nə baş verəcəyini daha ətraflı görəcəksiniz"

"Cütün şansını 50-nin 50-yə hesab edirəm. Cavab oyununda nə baş verəcəyini daha ətraflı görəcəksiniz".

İdman.biz xəbər verir ki, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Lüdoqorets” (Bolqarıstan) matçından sonra mətbuat konfransında qonaq komandanın baş məşqçi Qeorqi Dermendjiev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan çempionunun hücuma atılmasından istifadə etdiklərini bildirib: "Qarabağ" daha çox hücum edirdi, bu zaman müdafiədə boşluq yaranırdı. Bu da bizə qol vurmağa şans yaratdı. Futbolçumuzun ayağı sınıb, buna görə məyusam. Cütün taleyi hələ həll olunmayıb. Hazırda cavab matçın srategiyasını tam açıqlaya bilmərəm".

"Lüdoqorets"in baş məşqçisi bir futbolçusunun qırmızı vərəqə alması, birinin isə zədələnməsini ciddi itki adlandırıb: "İki oyunçunun olmaması ciddi itkidir. Əlbəttə, onları əvəz edəcək futbolçularımız var. Cavab matçında üstünlüyümü qorumağa çalışacağıq".

Qeyd edək ki, "Lüdoqorets" Bakıdakı matçda 2:1 hesabı ilə qələbə qazanıb.

Aytac Sahəd
İdman.biz