Zubir: “İnanıram ki, pley-offa vəsiqə qazanacağıq”

Xəbərlər
6 Avqust 2024 22:59
2 364
Zubir: “İnanıram ki, pley-offa vəsiqə qazanacağıq”

“İnanıram ki, gələn həftə pley-off mərhələsinə vəsiqə qazanacağıq”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ” futbolçusu Abdulla Zubir deyib.

33 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının III təsnifat mərləsinin ilk oyununda Bolqarıstan “Lüdoqorets”inə 1:2 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, cavab oyununda qələbə üçün bütün güclərini meydanda qoyacaqlar: “Bu, futboldur. Bunu qəbul etməliyik. Gələn həftə bəxtimiz daha çox gətirəcək və daha çox qol vuracağıq. Hakimin qərarları barədə danışmağı sevmirəm. Bəzi hallarda rəqibə nisbətən bizə daha çox sarı vərəqə verdi. Amma hər bir halda bu barədə söhbət etmək istəmirəm”.

Onun sözlərinə görə, Bolqarıstanda ilk hədəf 90 dəqiqə ərzində üstünlük əldə etmək olacaq: “Biz öz özümüzə inanırıq və rəqibi keçmək gücündəyik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz