“Komanda ən yaxşı oyunlardan birini keçirdi”

Müsahibə
29 Sentyabr 2023 22:31
470
“Komanda ən yaxşı oyunlardan birini keçirdi”

Azərbaycan Premyer Liqasında “Qarabağ” böyükhesablı qələbə qazanıb.

İdman.biz saytı xəbər verir ki, “Sumqayıt”la oyundan sona komandanın məşqçisi qələbəyə şərh verib.

- Danışacaq çox şey yoxdur. Komanda bu gün çempionatda bəlkə də, ən yaxşı oyunlardan birini oynadı. Tapşırıqların 100 faizini yerinə yetirdilər. 90 dəqiqə ərzində həm müdafiədə, həm də hücumda məzmunlu oyun oynadıq. Komandanı və azarkeşlərimizi təbrik edirəm. Vacib üç xal qazandıq.

- Qurban Qurbanovsuz özünüzü necə hiss etdiz? Fasilədə hansı təlimatları verdi?

- Fasilədə oyundan qopmamağı, tempi axıra kimi saxlamağı tapşırdı. Qurban müəllimsiz çətin olur. Yoxluğu hiss olunurdu.

- Növbəti rəqibiniz "Hekken" ölkə kubokunda rəqibinə 4 qol vurdu. Siz isə bu gün beş qol vurduz. Demək olar ki, onlara gözdağı verdiz?

- O haqda fikirləşmirdik. Biz öz oyunumuzu yaxşılaşdırmağı düşünürük. "Hekken"lə oyuna ayrıca hazırlaşırıq. Cavab vermək barədə düşünmürdük.

Son vaxtlarda sıx qrafikdə olurduq. İndi isə "Hekken" matçına hazırlaşmağa vaxtımız olacaq. Matç dördüncü gündür. Oyundan iki gün qabaqq İsveçə yollanacağıq. Bizim üçün bu cür qrafik daha yaxşıdır. Komanda bərpa, məşqləri, təşkilatçılığını edəcək. İki gün qabaq gedəcəyik ki, uşaqlar dincəlsin. Bizim üçün müsbət haldır.

- Bədavi Hüseynovun hazırkı durumu necədir?

- "Hekken"lə görüşdə daha yaxşı Bədavi görəcəyik. Zədədən sonra oynayır. Bu gün də onu çox riskə atmadıq. Çünki "Qəbələ"də 10 nəfərlə mübarizə apardıq. Onu "Hekken"lə oyuna qoruduq. Həm də altı gün ərzində daha yaxşı məşq etməsi üçün bunu etdik. "Hekken"lə matçda daha yaxşı fiziki durumda olacaq.

- Maksimi bundan sonra 90 dəqiqə meydanda görəcəyik?

- Bugünkü matç onu göstərdi ki, Maksim 90 dəqiqə oynamağa hazırdır. Lazım olan anlarda bizə köməyi dəyəcək.

- Demək olar ki, artıq Andrey Lunyov əsas qapıçıdır?

- Səhv etmirəmsə, bir ilə yaxın oyun praktikası yox idi. Ona görə indi ona daha çox şans veririk. Amma bu günlərdə kimin əsas heyətdə olacağı bilinəcək. Amma bu oyunlarda özünü daha yaxşı tərəfdən göstərir.

İdman.biz