Bəhlul Mustafazadə: “Səhvlərimizdən dərs çıxarmalıyıq"

Xəbərlər
6 Avqust 2024 23:27
1 002
Bəhlul Mustafazadə: “Səhvlərimizdən dərs çıxarmalıyıq"

“Yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

27 yaşlı müdafiəçi Çempionlar Liqasının III təsnifat mərləsinin ilk oyununda Bolqarıstan “Lüdoqorets”inə 1:2 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, çoxlu qol şansları yaratsalar da, bundan istifadə edə bilməyiblər: “Təssüflər olsun ki, qapımızdan 2 qol buraxdıq. Rəqib tərəfindən yaxşı analiz olunmuşduq. Lakin biz də öz növbəmizdə əlimizdən gələni etdik. Çalışacağıq ki, səfərdə daha baxımlı oyun göstərək”.

Mustafazadə hakimlərin idarəçiliyindən narazı olduğunu da deyib: “Təəssüf ki, bəzi epizodlarda rəqibin lehinə qərarlar verildi. Biz də buna etirazımızı bildirdik. Amma bunların heç biri bəhanə deyil. Bu matçdakı səhvlərimizdən dərs çıxarmalıyıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də səfərdə keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz