Juninyo zirvəyə şərik çıxıb

Xəbərlər
7 Avqust 2024 09:38
2 898
Juninyo zirvəyə şərik çıxıb

Çempionlar Liqasının 2024/25 mövsümünün bombardirlər siyahısında dəyişiklik baş verib.

İdman.biz xəbər verir ki, buna “Qarabağ”ın futbolçusu Olavio Juninyo səbəb olub.

Braziliyalı hücumçu “Lüdoqorets”lə evdəki görüşdə (1:2) fərqlənib. Bununla da Olavio mövsümdəki qol sayını 5-ə çatdırıb.

Cənubi amerikalı turnirin bombardirləri siyahısında zirvəyə şərik çıxıb. O, “Klaskvik”in futbolçusu Arni Frederiksberqə çatıb. Amma şimallılar Çempionlar Liqası ilə vidalaşdığı üçün sonuncu qol sayını artıra bilməyəcək.

Qeyd edək ki, Olavio üç, Arni dörd matçda 5 qola imza atıb.

İdman.biz