Çempionlar Liqası: "Slaviya" və "Slovan" səfərə üstün yollanacaq

Xəbərlər
8 Avqust 2024 01:36
483
Çempionlar Liqası: "Slaviya" və "Slovan" səfərə üstün yollanacaq

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün qitənin ən nüfuzlu klub turnirində üç görüş baş tutub.

Günə Çexiyada start verilib. "Slaviya" öz meydanında inamlı qələbə qazanıb. Slovakiya çempionu da cavab matçına üstün yollanacaq. Əvəzində "Yagelloniya" öz meydanında uduzub.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
7 avqust

21:00. "Slaviya" – "Union Sent-Jiloaz" - 3:1
22:30. "Slovan" – APOEL - 2:0
22:45. "Yagelloniya" – "Bodo Qlimt" - 0:1

Qeyd edək ki, cavab görüşləri avqustun 13-də keçiriləcək.

İdman.biz

Məqalədə: