Rəşad Sadıqov: "İkinci oyun həlledici olacaq"

Xəbərlər
7 Avqust 2024 21:47
917
Rəşad Sadıqov: "İkinci oyun həlledici olacaq"

"Sabah bizi vacib vacib oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə səfər matçından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib: Baş məşqçi rəqibə qarşı plan hazırladığını bildirib: "Rəqib öz meydanında sərfəli nəticə qazanmağa çalışacaq. Bizim də məqsədimiz eyni olacaq. İkinci oyun öncəsi yaxşı nəticə əldə etmək istəyirik. Maraqlı və baxımlı oyun göstərən komandaya qarşı oynayacağıq. Sabah oyun planımızın işləməsinə çalışacağıq".

Sadıqov bildirib ki, rəqibi ətraflı təhlil ediblər: "Əvvəlki mərhələdə mübarizədən kənarlaşdırdığımız "Dunayska Streda"nı təhlil edərkən onların məhz "Osiyek"lə matçını diqqətlə izləmişdik. Artıq oradan rəqiblə bağlı məlumatımız var idi. Püşkdən və mərhələ keçdikdən sonra komandanı daha ciddi təhlil etdik. Bu tip oyunlarda rəqibdən hər an fərqli manevrlər gözləmək mümkündür. Oyunun startından futbolçular və məşqçilərin reaksiyaları önəm daşıyacaq. Cavab matçında isə bir-birimizi daha yaxşı tanıyacağıq. Məncə, 2-ci oyun həlledici olacaq. Komandalar o görüşə daha hazır, çox məlumatlı çıxacaqlar. Bundan başqa, növbəti turda hər iki tərəfi derbi gözləyir. Biz "Sabah", "Osiyek" "Dinamo" ilə qarşılaşacaq. Pley-offun bir addımlığında hər iki komanda üçün əsas hədəf Avropa kuboku olacaq.

Qeyd edək ki, "Zirə" ilə "Osiyek" arasında ilk oyun səfərdə keçiriləcək.

İdman.biz