Son dəqiqə qolu "Zirə"ni məğlubiyyətdən xilas edib - VİDEO

Xəbərlər
8 Avqust 2024 23:53
1 199
Son dəqiqə qolu "Zirə"ni məğlubiyyətdən xilas edib - VİDEO

“Zirə” növbəti avrokubok matçına çıxıb.

İdman.biz xəbər verir ki, Azərbaycan vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.

Rəşad Sadıqovun yetirmələri “Osiyek”lə üz-üzə gəlib. "Qartallar" səfər matçında əsas vaxta əlavə olunmuş dəqiqədə məğlubiyyətdən qaçıblar. Rafael Utziq penaltidən status-kvonu bərpa edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 15-də Bakıda keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
22:00. “Osiyek” (Xorvatiya) - “Zirə” - 1:1
Qollar:
Anton Matkoviç, 38 - Rafael Utziq, 90+6 (p.)

Baş hakim: Aristotelis Diamantopoulos (Yunanıstan)

"Osiyek": 1. Nikola Kalvina, 36. Nail Ömeroviç, 26. Luka Jeleniç, 5. Styopa Mkrtçyan, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Yuqoviç (k), 39. Domaqoy Bikviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç
Baş məşqçi: Federiko Koppitelli
“Zirə”: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 3. Ange Mutsinzi, 70. İssa Cibrila, 18. Martins Junior, 8. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 11. Rüstəm Əhmədzadə, 90. Davit Volkov
Baş məşqçi: Rəşad Sadıqov
Osiyek. “Opus Arena”

İdman.biz

Məqalədə: