Ağasəlim Mircavadov: “Zirə” “Osiyek”i keçəcək”

Xəbərlər
8 Avqust 2024 16:10
1 177
Ağasəlim Mircavadov: “Zirə” “Osiyek”i keçəcək”

“Zirə” son zamanlar stabil oyun nümayiş etdirir”.

Bunu İdman.bizə AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, “Zirə”nin Konfrans Liqasının lll təsnifat mərhələsində “Osiyek”lə qarşılaşmasını dəyərləndirib. Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi müdafiədə sakit və ağıllı oynayır: “Premyer Liqaya da olduqca yaxşı başlayıblar. İlk qarşılaşmalarında “Səbail”lə matçda böyük hesablı qələbə qazandılar. Bütün bunlar onu deməyə əsas verir ki, “Zirə”də çox dəyişikliklər var. “Şerif”lə ikinci oyunu istisna olmaqla, digərlərinə qarşı yaxşı inamlı çıxış etdilər. “Zirə” ev matçında daim həyəcanlı olur. Fikrimcə, səfərdəki matçda özlərini tamamilə göstərə bilirlər. Avrokubokla Azərbaycan çempionatı arasında fərq həddindən artıq çoxdur. Orada səhv etmək olmaz. Əks təqdirdə, ardıcıl qollarla cəzalancaqsan. Ümidim çoxdur. İnanıram ki, “Zirə” üstünlük əldə edərək, qələbə qazanacaq. Hətta bu mərhələni keçəcək”.

Onun sözlərinə görə, Xorvatiya klubu da zəif deyil: “Heyətində güclü futbolçular var. Legioner baxımından keyfiyyətli oyunçuları yoxdur. Amma hər şeyə hazır olmalıyıq”.

Qeyd edək ki, “Osiyek” - “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da “Opus Arena”da keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz