"Bavariya" çıxış yolu axtarır

Xəbərlər
8 Avqust 2024 18:56
531
"Bavariya" çıxış yolu axtarır

"Bavariya" rəhbərliyi Alfonso Deyvisin bu yayda satılmasına qərar verib.

İdman.biz xəbər verir ki, Münhen klubu 23 yaşlı müdafiəçinin komandanı azad agent kimi tərk etməsinə qarşıdır.

Kanadalı futbolçunun "pivəçilər"lə müqaviləsi 2025-ci ilin yayında bitəcək. "Real"ın maraq dairəsində olan Deyvis "Bavariya" ilə yeni müqavilə bağlamaqdan imtina edib. O, növbəti mövsümdə madridlilərin heyətinə keçməyə qərar verib. Münhenlilər isə onun satışından qazanmaq arzusundadırlar.

Qeyd edək ki, "Real" Alfonso üçün 30 milyon avro təklif etsə də, "Bavariya" 50 milyon istəyib.

İdman.biz