Pepedən VİDA

Xəbərlər
8 Avqust 2024 19:26
787
Pepedən VİDA

Portqaliyalı futbolçu Pepe peşəkar karyerasını sona çatdırıb.

İdman.biz xəbər verir ki, o, 41 yaşında futbolla vidalaşıb.

Pepe "Real", "Beşiktaş" və "Portu" kimi klublarda çıxış edib. 2019-cu ildən "Portu"nun şərəfini qoruyan müdafiəçi 288 oyunda 17 qol və 11 ötürmə verib. O, 2004-2007-ci illərdə də Portuqaliya nəhənginin formasını geyinib.

Qeyd edək ki, Pepe AVRO-2024-də Portuqaliya yığmasının heyətində 5 oyunda meydana çıxıb.

İdman.biz