AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı görüş keçirilib

Xəbərlər
9 Avqust 2024 12:48
244
AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı görüş keçirilib

AFFA İnkişaf Strategiyasının hazırlanması ilə bağlı mətbuat nümayəndələri ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, qurumun inzibatı binasında baş tutan tədbirdə layihə rəhbəri Elçin Məmmədov və mətbuat katibi Elnur Məmmədli iştirak ediblər.

AFFA İnkişaf Strategiyasının hazırlanması üzrə layihə rəhbəri müəyyən olunmuş hədəfləri açıqlayıb. O bildirib ki, 6 pillə üzrə strategiya hazırlanacaq: “Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq edəcəyik. Bütün bunlarla yanaşı, AFFA-nın departamentləri, Peşəkar Futbol Liqası, Premyer Liqa klubları, l və ll Liqa klubları, Regional Federasiyalar və s. qurumlardan 300-ə yaxın təkliflər almışıq. Media nümayəndələrinin də fikirləri bizim üçün önəmlidir”.

Görüş zamanı media nümayəndələri ölkə futbolunun inkişaf strategiyası istiqamətində öz təkliflərini verib, müəyyən müzakirələr aparıblar. AFFA rəsmiləri təkliflərdən yaxşıları üzrə iş gedəcəyini bildiriblər.

AFFA-nın yeni hazırlanan strategiyasının tam tətbiqi təxminən 4-5 ildən sonra həyata keçirilməsi nəzərdə tutulub.

Banuçiçək Hüseynli
İdman.biz