Azərbaycan millisinin şansları açıqlanıb

Xəbərlər
10 Avqust 2024 11:23
266
Azərbaycan millisinin şansları açıqlanıb

Bu il keçiriləcək Millətlər Liqasının qrup oyunları üçün ehtimallar cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin də şansları bəlli olub.

Beynəlxalq ekspertlər qrupu C liqasının 1-ci qrupunda mübarizə aparacaq yığmamızın 3-cü yeri tutacağını proqnozlaşdırır. Fernandu Santuşun bu mövqedə qərarlaşmaq ehtimalı 43,13 faizdir.

Slovakiya, İsveç və Estoniya ilə eyni qrupda birinci olmaq da istisna deyil. Amma 1-ci yer şansı 9,00 faizlə qiymətləndirilir. İkincilik ehtimalı 19,87, sonuncu olmaq təhlükəsi 28,00 faizdir.

Qeyd edək ki, Slovakiyanın 1-ci, İsveçin 2-ci olmaq şansı daha yüksək hesab olunur. Estoniya isə autsayder sayılır.

İdman.biz

Məqalədə: