Azərbaycan klubu “Porto” və “Latsio”nu keçib

Xəbərlər
10 Avqust 2024 13:53
405
Azərbaycan klubu “Porto” və “Latsio”nu keçib

İFFHS-in dünya reytinqində Azərbaycanın ən yaxşı klubu olan “Qarabağ” 5 pillə irəliləyib.

İdman.biz xəbər verir ki, planetin 34-cüsü olan Qurban Qurbanovun yetirmələrinin arxada qoyduğu komandalar müəyyənləşib.

Azərbaycan çempionu 7 klubu keçib. Bunlar “Latsio”, “Porto”, “Aston Villa”, “Marsel”, “Korintians”, Zaqreb “Dinamo”su və “Libertad”dır. Amma iki komanda da “Qarabağ”ı arxada qoyub. Bunlar PAOK və “Braqantino”dur.

Daha böyük irəliləyişə nail olan “Zirə” 81 pilləlik sıçrayış edib. Rəşad Sadıqovun komandası “Mayns”, “Alanyaspor”, avrokuboklarda qarşılaşdığı “Osiyek” və “Şerif” kimi komandaları keçə bilib.

Qeyd edək ki, siyahıdakı digər iki təmsilçimiz “Sabah”la “Neftçi” geriləyib.

İdman.biz

Məqalədə: