Azərbaycan milli komandasının futbolçusu Bəxtiyar Həsənəlizadə çıxış etdiyi “Tuzlaspor” növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, komanda Türkiyə I liqasının VII turu çərçivəsində “Şanlıurfaspor”u qəbul edib.
Həsənəlizadənin 90 dəqiqə meydanda olduğu matçda ev sahibləri hesabda geri düşsələr də, ikinci hissədə status-kvonu bərpa ediblər. Oyun 1:1 hesabı ilə başa çatıb.
Nəticədə xal ehtiyatını 4-ə çatıran “Tuzlaspor” 17-ci qərarlaşıb. İlk pillədə yer alan “Eyupspor” isə 18 xala malikdir.
İdman.biz