21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
İdman.biz xəbər verir ki, F qrupu çərçivəsində təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.
Matçın başlama saatı hələ dəqiqləşməyib.
Qeyd edək ki, görüş oktyabrın 12-də keçiriləcək.
İdman.biz