"İnter" 2024/2025 mövsümündə İtaliya çempionu olmağa ən real real namizəddir.
İdman.biz xəbər verir ki, bu barədə "Opta" təhlil kompaniyası açıqlayıb.
Məlumatda "İnter"in çempionluq şansı 79,2 faiz qiymətləndirilib. Ötən mövsümdə 20-ci dəfə İtaliya çempionu olan "neradzurra" heyətini qoruyub və Mehdi Taremi, Pyotr Zielinski kimi futbolçularla güclənib. Növbəti yerləri "Atalanta" (11,2 faiz), "Yuventus" (4,2 faiz) və "Milan" (1,8 faiz) tutur.
Qeyd edək ki, "Venetsiya", "Kalyari" və "Komo" A Seriyasını tərk etməyə əsas namizədlər hesab edilib.
İdman.biz