Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-offuna yüksəlib.
İdman.biz xəbər ki, Ağdam klubu bu mərhələdə Xorvatiya çempionu "Dinamo" ilə qarşılaşacaq.
Komandalar arasında ilk oyun avqustun 20-21-də Zaqrebdə, cavab matçı isə 21-28-də Bakıda olacaq. Qalib komanda Liqa mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə "Lüdoqorets"i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb (1:2, 7:2).
İdman.biz