UEFA Bakıya latviyalı hakim göndərir

Xəbərlər
16 Avqust 2024 14:23
1 080
UEFA Bakıya latviyalı hakim göndərir

Konfrans Liqasının pley-off mərhələsinin “Zirə” – “Omoniya” matçının baş hakimi bəlli olub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmanı Latviya təmsilçisi idarə edəcək.

Avqustun 29-dakı görüşün baş hakimi Vitaliys Spasyonnikovs olacaq. Andreys Qluxovs VAR, Yevgeniys Keziks AVAR funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

İdman.biz