20 milyon avroluq hücumçu

Xəbərlər
17 Avqust 2024 13:29
977
20 milyon avroluq hücumçu

“Böyük beşlik”də çıxış edən daha bir futbolçu Səudiyyə Ərəbistanı klublarının transfer siyahısına düşüb.

İdman.biz xəbər verir ki, Temmi Abraham asiyalıların hədəfindədir.

“Roma”nın 27 yaşlı hücumçusunu bir neçə klub heyətinə qatmaq istəyir. Bu klubların adları açıqlanmır.

İtaliyalılar forvardı satmağın əleyhinə deyil. “Roma” ingiltərəli hücumçunun transferindən ən azı 20 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Temmi 2021-ci ildən “Roma”da forma geyinir.

İdman.biz