"Vulverhempton"un futbolçusu Adama Traore argentinalı müdafiəçi Lisandro Martinesə cavab verib.
İdman.xəbər verir ki, o, sosial şəbəkədə "Narahat olma. Biz yenidən qarşılaşacağıq" yazıb.
Dünən keçirilən "Mançester Yunayted" - "Vulverhempton" matçından sonra 2 futbolçu arasındakı mübarizə gündəm olub. Oyundan sonra Lisandro canlı efirdə verdiyi açıqlamada etdiyi hərəkətlə həmkarını idman zalına göndərdiyini deyib. Bu zarafatdan xoşlanmayan Traore ona sosial şəbəkə vasitəsilə cavab ünvanlayıb.
Qeyd edək ki, "qırmızı şeytanlar" mövsümün açılış oyununda 1:0 hesabı ilə qalib gəliblər.
İdman.biz