Naxçıvanda hakimlər üçün seminar - FOTO

Xəbərlər
20 Avqust 2024 18:29
258
Naxçıvanda hakimlər üçün seminar - FOTO

AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda hakimlər üçün seminar keçirilir.

İdman.biz xəbər verir ki, məqsəd hakimlərin teoretik, praktiki və fiziki hazırlıqlarının inkişaf etdirilməsi, yeni hakimlərin cəlb edilməsinin strategiyası və strukturun yaradılması olub.

Seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər. Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov isə yarışların idarəetmə sistemi, qeydiyyat və istifadə qaydası ilə bağlı məlumat verirlər.

Qeyd edək ki, seminara avqustun 22-də yekun vurulacaq.

İdman.biz