“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson “İnverness” klubunun borclarını ödəməsinə yardım edib.
İdman.biz xəbər verir ki, o, Şotlandiya klubu üçün 3 milyon funt sterlinq ayırıb.
Bu, klubun sabiq rəhbəri Alan Sevicin “İnverness”in xilası üçün zəngindən sonra baş verib. Şotlandiyalı futbol veteranı kluba kömək etməyə razılıq verib.
Qeyd edək ki, bu vəsaitin kredit, yoxsa səhmlərə yatırım kimi ödəniləcəyi yaxın günlərdə bilinəcək.
İdman.biz