“Sumqayıt” 1300, “Kəpəz” 700 manat cərimələnib

Xəbərlər
21 Avqust 2024 12:38
218
“Sumqayıt” 1300, “Kəpəz” 700 manat cərimələnib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlərlə bağlı qərarlar verilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.

Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimələnib. Bu matçda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat ziyana düşüb.

İdman.biz