Ceyhun Nuriyev: "Ən sərfəli nəticə ilə Bakıya qayıtmaq istəyirik"

Xəbərlər
21 Avqust 2024 21:11
1 121
Ceyhun Nuriyev: "Ən sərfəli nəticə ilə Bakıya qayıtmaq istəyirik"

"Bizi sabah güclü rəqibə qarşı oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Ceyhun Nuriyev deyib.

Kapitan Konfrans Liqasının pley-offunda "Omoniya"ya qarşı ilk oyunda sərfəli nəticə qazanmaq arzusunda olduqlarını bildirib: "Konfrans Liqasının pley-offunda asan rəqib olmur. Həftəboyu "Omoniya"nı təhlil etmişik. Sabah onu meydanda həyata keçirmək qalıb. Buradan ən sərfəli nəticə ilə Bakıya qayıtmaq istəyirik. Cütün taleyi cavab matçında həll olunacaq".

Qeyd edək ki, komandalar arasındakı ilk oyun sabah saat 21:00-da start götürəcək.

İdman.biz