“İnter”in futbolçusu Martin Satriano karyerasını Fransada davam etdirəcək.
İdman.biz xəbər verir ki, hücumçu “Lans”a icarəyə verilib.
O, mövsümün sonunadək bu klubun formasını geyinəcək. Onun icarəsi 1 milyon avroya başa gələcək.
Qeyd edək ki, Satrianonun “İnter”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
İdman.biz