Qana millisinin futbolçusu Cordan Ayyu “Lester”ə keçib.
İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
“Tülkülər” hücumçu ilə 2 illik müqavilə imzalayıb. Onun transferi üçün “Kristal Pelas”a 5,9 milyon avro ödənilib.
Qeyd edək ki, 2018-ci ildə “Suonsi”dən London klubuna keçən Ayyu 212 oyunda 23 qol və 22 assistə imza atıb.
İdman.biz