"Roma" və "Atalanta" xalsız qalıb

Xəbərlər
26 Avqust 2024 00:42
347
"Roma" və "Atalanta" xalsız qalıb

İtaliya A Seriyasında II turun 4 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, "Roma" və "Atalanta" turu xalsız başa vurub.

Berqamo təmsilçisi səfərdə "Torino"ya uduzub. Komanda son dəqiqələrdə məğlubiyyətdən qaçmaq şansı əldə etsə də, Paşaliç penaltini dəqiq yerinə yetirə bilməyib.

"Roma" isə öz meydanında "Empoli"yə boyun əyib.

İtaliya A Seriyası
II tur

24 avqust
“Parma” – “Milan” - 2:1
“Udineze” – “Latsio” - 2:1
“İnter” – “Leççe” - 2:0
“Montsa” – “Cenoa” - 0:1
25 avqust
“Fiorentina” – “Venetsiya” - 0:0
“Torino” – “Atalanta” - 2:1
“Roma” – “Empoli” - 1:2
“Napoli” – “Bolonya” - 3:0
26 avqust
“Kalyari” – “Komo”
“Verona” – “Yuventus”

İdman.biz