Bravo karyerasını bitirib

Xəbərlər
27 Avqust 2024 11:28
167
Bravo karyerasını bitirib

Çili millisinin sabiq qapıçısı Klaudio Bravo karyerasını başa vurub.

İdman.biz xəbər verir ki, cənubi amerikalı qolkiper 41 yaşında bu addımı atıb.

O, karyerası ərzində “Kolo-Kolo”, “Real Sosyedad”, “Barselona”, “Mançester Siti” və “Betis”də forma geyinib. Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olmuş Bravo Amerika kubokunun ikiqat çempionudur.

Qeyd edək ki, Klaudio millidə 150 oyun keçirib.

İdman.biz