Çimərlik futbolu üzrə Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, rəqib Belarus komandası olub.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada Belarus futbolçuları 3:2 hesabı ilə qalib gəliblər. Bir gün əvvəl komandalar arasında keçirilən ilk yoxlama görüşü də rəqibin qələbəsi ilə yekunlaşıb (4:2).
Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının hazırlığı ayın 31-dək davam edəcək.
İdman.biz