“Qarabağ” yoluna Avropa Liqasında davam edəcək - VİDEO

Xəbərlər
28 Avqust 2024 22:36
615
“Qarabağ” yoluna Avropa Liqasında davam edəcək - VİDEO

Azərbaycan çempionu "Qarabağ" növbəti avrokubok matçına çıxıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Ağdam təmsilçisi Zaqrebdə 0:3 hesabı ilə uduzduğu Xorvatiya çempionu "Dinamo"nu qəbul edib. "Qarabağ" bu böyük fərqi aradan qaldırmaqla azarkeşlərini sevindirməyə çalışsa da, səyləri nəticəsiz qalıb. 0:2 hesabı ilə uduzan çempionumuz Avropa Liqasında Liqa mərhələsində çıxış edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin püşkü avqustun 29-da, Avropa Liqasında isə ertəsi gün atılacaq.

Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
28 avqust
20:45. "Qarabağ" – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
Qollar:
Marko Pyatsa, 32. Mateus Silva, 53 (öz qapısına)
Qırmızı vərəqə: Kevin Medina, 90
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Sami Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyerr-Qabriel, 20. Marko Pyatsa, 25. Petar Suçiç, 27. Yosip Mişiç, 28. Kevin Teofile-Katerine
Baş məşqçi: Sergey Yakiroviç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:3

İdman.biz