"Omoniya"nın baş məşqçisi: "Motivasiyaya ehtiyac yoxdur"

Xəbərlər
28 Avqust 2024 21:05
193
"Omoniya"nın baş məşqçisi: "Motivasiyaya ehtiyac yoxdur"

"Sabah bizi maraqlı oyun gözləyir. Artıq rəqiblər bir-birini tanıyırlar. Yaxşı çıxıb edib, uğurlu nəticə qazanmaq arzusundayıq".

İdman.biz xəbər verir ki, bunu "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas deyib.

"İlk oyunda qazanılan əla qələbədən 2 gün sonra çempionat matçına köklənmək çox çətin idi. Biz komandanın hazırlığı üçün müxtəllif vasitələrdən istifadə etdik. Sabahkı oyuna isə futbolçuları mötivasiya etməyə ehtiyac yoxdur. Hamı Avropa kuboklarında matçın vacibliyini yaxşı başa düşür. Buradakı rəqiblər həmişə güclüdür və hər zaman hazır olmalısan. Heyətlə bağlı son qərarı verməmişik. Hər şey oyunun gedişindən asılıdır. Cavab matçında da qələbə qazanmaq arzusundayıq. Bunun üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Ominiya" ilk görüşdə "Zirə"yə 6:0 hesabı ilə qalib gəlib.

İdman.biz