Çempionlar Liqasının püşkü atılıb

Xəbərlər
29 Avqust 2024 22:08
3 026
Çempionlar Liqasının püşkü atılıb

Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, Monakoda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

İlk dəfə yeni formatla keçirilən turnirdə 36 komanda iştirak edəcək. Onlar püşkatmada qruplara bölünməyib.

Hər komanda üçün 8 rəqibin adı bəlli olub. Püşkdən öncə klublar hərəsində 9 komanda olmaqla 4 səbətə bölünüb.

İştirakçılar hər səbətdən, o cümlədən özünün də olduğu “doqquzluq”dan ikisi ilə - biri ilə evdə, biri ilə səfərdə görüşəcək. Liqa mərhələsi sentyabrda başlayıb həmişəki kimi dekabrda deyil, gələn ilin yanvarında bitəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Zaqreb “Dinamo”suna hər iki oyunda (0:3, 0:2) uduzduqdan sonra ölkəmizin bu turnirdə təmsilçisi olmayacaq.

İdman.biz