"Omoniya"nın baş məşqçisi: "Əvvəldən kimsə bunu mənə desəydi, inanmazdım"

Xəbərlər
29 Avqust 2024 22:13
643
"Omoniya"nın baş məşqçisi: "Əvvəldən kimsə bunu mənə desəydi, inanmazdım"

"Bu, əla nəticədir"

İdman.biz xəbər verir ki, bunu "Omoniya"nın (Kipr) baş məşqçisi Valdas Dambrauskas Bakıda "Zirə"yə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

0:1 hesabı uduzan mütəxəssis Azərbaycan təmsilçini qələbə münasibətilə təbrik edib: “Bizim üçün yaxşı nəticə olmasa da, Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazandıq. Qarşıya qoyulan hədəfə çatdıq. İlk hissədə oyun sönük keçdi. Bəlkə də bu, meydançanın durumu ilə bağlı idi. Bir həftə ərzində üç oyun keçirdik. Həddən artıq çox məqamları fikirləşməyimiz bugünkü məğlubiyyətin əsas səbəblərindən biridir. Ümumilikdə təsnifat mərhələsində 5 qələbə qazanmışıq. Əvvəldən kimsə bunu mənə desəydi, inanmazdım".

Qeyd edək ki, “Omoniya” ilk qarşılaşmada 6:0 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayıb. “Zirə” üçün isə avrokubok mövsümü başa çatıb.

Aytac Sahəd
İdman.biz