"Oyuna pis başladıq. İlk 10-15 dəqiqədə üstünlüyü rəqibə vermişdik".
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Təcrübərli mütəxəssis Azərbaycan Premyer Liqasının V turunun ilk oyununda "Səbail" üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Daha sonra oyunu yaxşılaşdırdıq. Birdən artıq qol vura bilərdik. İkinci hissədən ümumiyətlə razı qalmadım. Həm müdafiədə, həm də hücumda zəif oynadıq. Səbəbini araşdıracağıq. İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar".
Qeyd edək ki, "Turan Tovuz" 5 oyundan sonra 13 xalla 1-ci pillədə qərarlaşıb.
İdman.biz