Şahin Diniyev: "Bir xala layiq idik"

Xəbərlər
30 Avqust 2024 20:51
208
Şahin Diniyev: "Bir xala layiq idik"

"Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

O, Azərbaycan Premyer Liqasının V turunda "Turan Tovuz"a 0:1 hesablı məğlubiyyəti şərh edib: "Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq. Mən heç vaxt havaya söz buraxmıram. Tam əminliklə deyirəm ki, əlimdə olan ən yaxşı komandalardan biridir. Bəzi futbolçular bizimlə təlim-məşq toplanışı keçməyib. Tam düzgün yoldayıq. İkinci hissədə özünüz də gördünüz ki, komanda necə oynadı. Heç bir komponentdə rəqibə uduzmadıq. özlərini yaxşı tərəfdən göstərə bilirlər.

Qeyd edək ki, "Səbail" 5 turdan sonra 4 xal toplayıb.

İdman.biz