25 yaşlı futbolçusu Kerem Aktürkoğlunu Portuqaliyanın “Benfika” klubuna satan “Qalatasaray” bu keçiddən əldə etdiyi qazancını açıqlayıb.
İdman.biz xəbər verir ki, “qartallar” bu keçid üçün türkiyəlilərə 12 milyon avro ödəyiblər.
Eyni zamanda Kerem digər kluba satılarsa, onun transferindən əldə olunan məbləğin 10 faizi “sarı-qırmızılar”a ödəniləcək.
Qeyd edək ki, Kerem Aktürkoğlu “Qalatasaray” forması ilə meydana çıxdığı 179 matçda 46 qol, 42 assistlə yadda qalıb.
İdman.biz