“Qarabağ”ın Avropa Liqasında rəqibi olan Niderlandın “Ayaks” klubu Stiven Berqvey ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, 21 yaşlı hücumçu Kərim Benzemanın forma geydiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
Ərəblər bu transfer üçün 21 milyon avro ödəyiblər. Stiven “Ayaks”ın heyətində meydana çıxdığı 80 oyunda 29 qolla yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” III turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.
İdman.biz